Reklam resmi
Reklam resmi

İsveçrə millisi  1/8 finala yüksəldi - DÇ-2026

İsveçrə millisi  1/8 finala yüksəldi - DÇ-2026
İqtisadiyyat

İsveçrə millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Əlcəzair yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Ajans.az xəbər verir ki, Kanadanın Vankuver şəhərində keçirilən qarşılaşma İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları 10-cu dəqiqədə Bril Embolo və 46-cı dəqiqədə Dan Ndoye vurublar.

Bununla da İsveçrə yığması ardıcıl dördüncü dəfə dünya çempionatının 1/8 final mərhələsində çıxış etmək hüququ qazanıb. Lakin əvvəlki mundiallarda pley-off mərhələsi məhz 1/8 finaldan başladığı üçün komanda bu raundu keçə bilməmişdi.

İsveçrə millisi dünya çempionatlarının pley-off mərhələsində bundan əvvəl cəmi iki dəfə qələbə qazanıb. Bu uğurlar 1934 və 1938-ci illərdə qeydə alınıb. Həmin turnirlərdə komanda 1/4 finala qədər irəliləməyi bacarmışdı.

İsveçrə yığması 1/8 finalda Kolumbiya - Qana cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunu iyulun 7-də keçiriləcək.

Əlcəzair millisi isə mundialın 1/16 finalında mübarizəni dayandıran beşinci Afrika təmsilçisi olub. Daha əvvəl CAR, Seneqal, Kot-d'İvuar və Konqo Demokratik Respublikası da turnirlə vidalaşıb. Afrika komandaları arasında indiyədək yalnız Mərakeş millisi 1/8 finala yüksələ bilib.

Mövzular:
Kanada Vankuver şəhəri İsveçrə millisi DÇ-2026 dünya çempionatı

Digər Xəbərlər