Reklam resmi
Reklam resmi

Xameneinin dəfn mərasimindən GÖRÜNTÜLƏR

Dünya

ABŞ və İsrail qüvvələrinin hava zərbələri nəticəsində həlak olan İranın keçmiş Ali Lideri Əli Xameneinin dəfn mərasimi Tehranda başlayıb.

Ajans.az xarici mediaya istinadən xəbər evrir ki, onun cənazəsi dəfn olunacağı məkana gətirilib.

Babası ilə birlikdə həyatını itirən Xameneinin nəvəsi Zəhranın cənazəsi də Tehrana çatdırılıb.

Dəfn mərasimində iştirak etmək üçün İraq, Rusiya və Çindən rəsmi nümayəndə heyətləri, həmçinin Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi Türkmənistan nümayəndə heyəti İrana gəlib.

Tehranda yerləşən İmam Xomeyni məscidinin qarşısında mərasimə gələn zəvvarların qəbulu üçün geniş düşərgə qurulub.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Əli Xamenei

Digər Xəbərlər