Bu ölkələr Azərbaycandan milyonlarla dollarlıq MƏHSUL ALIB
2026-cı ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi əsas 5 ölkə məlum olub. 2026-cı ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi əsas 5 ölkə məlum olub.
Ajans.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2026 İxrac İcmalı”na əsasən, hesabat dövründə qeyri-neft ixracında ilk beşlik aşağıdakı kimi formalaşıb:
Məlumatlardan görünür ki, ən böyük ixrac bazarı yenə də Rusiya olub. Bununla yanaşı, Gürcüstana ixrac ötən ilin eyni ayı ilə müqayisədə təxminən 2,7 dəfə, ABŞ-a ixrac isə 2,2 dəfə artıb.
Türkiyəyə qeyri-neft ixracı təxminən 36,3%, İsveçrəyə ixrac isə 42,7% yüksəlib. Rusiya istiqamətində artım isə 4,6% təşkil edib.
Bu göstəricilər Azərbaycanın qeyri-neft məhsullarının ənənəvi bazarlarla yanaşı, xarici bazarlarda mövqeyini genişləndirdiyini göstərir.
Mələksəda Ziyad