Bu ölkədə fövqəladə vəziyyət rejimi elan edilib
Almaniyanın Münhen şəhərində anomal istilər fonunda yaranan su qıtlığı səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub.
Ajans.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Münhenin meri Dominik Krauzenin sözlərinə görə, 1970-ci illərin əvvəlindən bəri görünməmiş vəziyyət yaranıb və uzun sürən isti hava səbəbindən artan su tələbatı şəhərin kommunal su təchizatı sistemini imkanlarının son həddinə çatdırıb.
Yaranmış vəziyyətlə əlaqədar şəhərdə su istifadəsinə məhdudiyyətlər tətbiq edilib. Belə ki, fəvvarələrin bir hissəsi söndürülüb, yaşıllıqların suvarılması azaldılıb, bələdiyyə binalarında pəncərələrin yuyulması dayandırılıb. Sakinlərə isə vanna qəbul etmək əvəzinə duşdan istifadə etmək və dişlərini fırçalayarkən su kranını bağlı saxlamaq tövsiyə olunub.
Mövzular: