FİFA-ya qarşı 1 milyard dollarlıq iddia
İranlı siyasətçi Lotfullah Kave Əfrasiabi DÇ-2026-da İran millisinin turnirdən kənarda qalmasından sonra FİFA, qurumun prezidenti Canni İnfantino və bir sıra rəsmilərə qarşı 1 milyard dollarlıq iddia qaldırıb.
Ajans.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Boston Federal Məhkəməsinə təqdim olunan iddiada Əfrasiabi müraciətin 91 milyon iranlı və ABŞ-da yaşayan İran əsillilər adından kollektiv müraciət kimi qəbul edilməsini vurğulayıb. O, FİFA-nı İrana qarşı ayrı-seçkilikdə ittiham edib.
İddianın əsas səbəbi İran - Misir matçında VAR-ın İranın son dəqiqələrdə vurduğu qolu ofsayd səbəbindən ləğv etməsidir. Əfrasiabi bu qərarın qəsdən verildiyini iddia edir.
Mövzular: