Bu ölkədə 6 bal gücündə ZƏLZƏLƏ
Yaponiyanın cənub-qərbində yerləşən Kume və Miyako adaları yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın seysmoloji müşahidələrə cavabdeh olan Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib. Hadisə nəticəsində ciddi dağıntı və ya tələfat barədə də məlumat daxil olmayıb.
Agentliyin bildirdiyinə görə, zəlzələnin ocağı okean dibinin altında, çox dayaz dərinlikdə yerləşib. Zəlzələnin dəqiq dərinliyi isə hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Kume və Miyako adaları məşhur kurort zonaları hesab olunur və burada çoxsaylı otellər, eləcə də digər turizm obyektləri fəaliyyət göstərir. Miyako adasında, həmçinin Yaponiyanın hərbi bazalarından biri yerləşir.
Mövzular: