Reklam resmi
Reklam resmi

Pambıq ixracının artması bu sahənin tam inkişaf etdiyini GÖSTƏRMİR-AÇIQLAMA

Pambıq ixracının artması bu sahənin tam inkişaf etdiyini GÖSTƏRMİR-AÇIQLAMA
İqtisadiyyat

Pambıq ixracındakı artım nikbinlik yaratsa da, ekspertlər ehtiyatlı olmağa çağırırlar

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın pambıq lifi ixra 112 300 000 ABŞ dolları təşkil edib. İxracdakı artım sahənin inkişafı ilə bağlı müsbət siqnal kimi qiymətləndirilsə , ekspertlər hesab edirlər ki, təkcə bu göstərici ümumi mənzərəni əks etdirmir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Ajans.az-a açıqlamasında bildirib ki, pambıqçılığın real vəziyyətini qiymətləndirmək üçün məhsuldarlıq, emal səviyyəsi fermerlərin gəlirləri nəzərə alınmalıdı.

Onun sözlərinə görə, bu artım müəyyən mənada istehsal ixrac imkanlarının qorunduğunu göstərir. Lakin təkcə ixrac həcminin yüksəlməsinə əsaslanaraq sahənin tam inkişaf etdiyini söyləmək düzgün olmaz:

Artım dünya bazarında pambığın qiymətlərinin dəyişməsi, xarici tələbatın yüksəlməsi, valyuta məzənnələri dövlət dəstəyi kimi amillərin təsiri ilə bağlı ola bilər. Buna görə sahənin real inkişafını qiymətləndirərkən məhsuldarlıq, əkin sahələrinin səmərəliliyi emal səviyyəsi kimi göstəricilər nəzərə alınmalıdır.

A.Nəsirli vurğulayıb ki, pambıq vaxtilə Azərbaycanın əsas ixrac məhsullarından biri olub bu gün qeyri-neft sektorunda mühüm yer tutur. Bununla belə, müasir iqtisadi şəraitdə onu əvvəlki mənada qızıladlandırmaq çətindir:

Ancaq düzgün idarəetmə, yüksək məhsuldarlıq dərin emal sənayesinin inkişafı ilə pambıq yenidən ölkə iqtisadiyyatı üçün strateji gəlirli sahələrdən birinə çevrilə bilər. Xüsusilə regionlarda məşğulluğun təmin edilməsində bu sahənin rolu böyükdür. İxrac göstəricilərinin yüksəlməsi fermerlərin gəlirlərinə müsbət təsir göstərə bilər. Lakin bunun üçün alış qiymətləri, məhsuldarlıq istehsal xərcləri arasında balans qorunmalıdır. Əgər ixrac gəlirləri əsasən vasitəçilər emal müəssisələri tərəfindən əldə edilirsə, fermerlərin rifahında ciddi dəyişiklik baş verməyə bilər. Buna görə ixracdan əldə olunan əlavə dəyərin istehsalçılar arasında daha ədalətli bölüşdürülməsi vacibdir.” 

Mütəxəssis hesab edir ki, pambığın əsasən xammal kimi ixrac edilməsi ölkəyə müəyyən valyuta gəliri qazandırsa da, iqtisadi baxımdan daha yüksək səmərə yaratmır:

“Xammalın ölkə daxilində emal edilərək iplik, parça, geyim digər tekstil məhsullarına çevrilməsi daha yüksək əlavə dəyər yaradır, yeni yerlərinin açılmasına, sənayenin inkişafına ixrac gəlirlərinin artmasına imkan verir. Bu yanaşma ölkənin rəqabət qabiliyyətini gücləndirə bilər. Dövlət dəstəyi mexanizmləri sahənin inkişafına müəyyən töhfə ver , bu kifayət etmir. Pambıqçılığın davamlı inkişafı üçün suvarma sistemlərinin müasirləşdirilməsi, keyfiyyətli toxum təminatının yaxşılaşdırılması, müasir kənd təsərrüfatı texnikasına çıxışın genişləndirilməsi, fermerlərin bilik bacarıqlarının artırılması, nd təsərrüfatı sığortasının inkişafı emal müəssisələrinin təşviqi istiqamətində əlavə tədbirlərə ehtiyac var.”

İqtisadçı hesab edir ki, qarşıdakı illərdə pambıq qeyri-neft ixracının aparıcı məhsullarından birinə çevrilə bilər.

“Bunun üçün əsas prioritetlər məhsuldarlığın artırılması, emal sənayesinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, ixrac bazarlarının şaxələndirilməsi beynəlxalq keyfiyyət standartlarına uyğun istehsalın təşkilidir. Bu istiqamətlərdə davamlı addımlar atılarsa, pambıqçılıq həm ixrac gəlirlərinin artmasına, həm regionların sosial-iqtisadi inkişafına daha böyük töhfə verə bilər.”

Mələksəda Ziyad

Mövzular:
Ağ qızıl pambıq ixrac

Digər Xəbərlər