ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub.
Ajans.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) nəşri məlumat yayıb.
Oğlanın atası onu səhər uşaq bağçasına aparmalı idi, lakin oğlunun hələ də maşında olduğunu unudub və işə gedib. Atası uşağı götürmək üçün uşaq bağçasına getdiyi zaman başa düşüb ki, onu, ümumiyyətlə, oraya aparmayıb.
Yetkinlik yaşına çatmayan uşağın cəsədini axtarışlarda iştirak edən uşaq bağçasının direktoru Lesli Novoa aşkar edib.
Məhz o, avtomobilin qapısını açıb və arxa oturacaqda öz yetirməsini ölü tapıb. Uşaq bağçasının direktoru hadisəni ortaq faciə adlandırıb.
Polis hadisənin səbəblərini araşdırır.