Reklam resmi
Reklam resmi

Bu ölkədə FACİƏ: Maşın rahiblərin üzərinə çıxıb, ÖLƏNLƏR VAR

Dünya

Taylandın şimal-şərqində yerləşən Mukdahan əyalətində pikapın piyada ziyarət edən bir qrup buddist rahibin üzərinə çıxması nəticəsində səkkiz nəfər həlak olub, 13 nəfər isə ağır yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə Khaosod nəşri polisə istinadən məlumat yayıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər və polis əməkdaşları yolun hərəkət hissəsində və kənarında çoxsaylı zərərçəkən aşkar ediblər. Beş rahib hadisə yerində həyatını itirib, daha üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib. Yaralanan 13 nəfər yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib.

İlkin məlumata görə, pikapı yetkinlik yaşına çatmayan şəxs idarə edib. Bildirilir ki, o, nəqliyyat vasitəsini valideyninin və ya qanuni qəyyumunun icazəsi olmadan idarə edib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayland qəza rahiblər

Digər Xəbərlər