Komediyaçı dini mövzuda etdiyi zarafatlara görə SAXLANILDI
Türkiyənin məşhur komediya ustası saxlanılıb "Ölü Dəniz" adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan komediyaçı Deniz Göktaş xarici səfərdən Türkiyəyə qayıdarkən saxlanılıb.
Ajans.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, hadisə D.Göktaş İstanbul aeroportunda pasport nəzarətindən keçərkən baş verib. Baş Prokurorluq tərəfindən aparılan araşdırmanın "əhalinin bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək" maddəsi əsasında həyata keçirildiyi məlum olub.
İstintaqın sosial şəbəkələrdə yayılan şou görüntüləri və səsləndirilən fikirlər əsasında bilavasitə başlanıldığı, hüquqi prosesin isə İstanbul Respublika Baş Prokurorluğunun nəzarəti altında davam etdiyi qeyd olunub.
Mövzular: