Reklam resmi
Reklam resmi

ABŞ İraqa dollar tədarükünü BƏRPA EDİB

ABŞ İraqa dollar tədarükünü BƏRPA EDİB
Dünya

ABŞ İraqa nağd dollar tədarükünü bir neçə aylıq fasilədən sonra yenidən bərpa edib.

Ajans.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

İraqın baş naziri Heydər əl-Əbudi bildirib ki, ölkəyə dollar çatdırılması artıq bərpa olunub və bu məsələ ilə bağlı yaranmış problem aradan qaldırılıb. Onun sözlərini baş nazirin maliyyə müşaviri Müzər Məhəmməd Salih də təsdiqləyib.

Xatırladaq ki, ABŞ administrasiyası bu ilin aprel ayında İraqa nağd dollar göndərilməsini dayandırmışdı. Həmin dövrdə Vaşinqton Bağdada təzyiqi artırmaq və İranın ölkədəki təsirini məhdudlaşdırmaq məqsədilə İraqın təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı da qismən məhdudlaşdırmışdı.

Nəşrin məlumatına görə, bu qərarın əsas səbəblərindən biri İranın dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən dolların qanunsuz dövriyyəsinin qarşısını almaq olub. ABŞ həmçinin İraq hakimiyyətini İranpərəst silahlı dəstələr üzərində nəzarəti gücləndirməyə təşviq edib.

Məlumata görə, aprelin sonunda baş nazir vəzifəsinə başlayan Əli əl-Zeydi ölkədə fəaliyyət göstərən bütün silahlı qrupların dövlət nəzarəti altına alınacağını bəyan edib. O, həmçinin genişmiqyaslı korrupsiyaya qarşı mübarizə kampaniyasına start verib.

Bu kampaniya çərçivəsində parlament üzvləri də daxil olmaqla onlarla hazırkı və keçmiş yüksəkvəzifəli şəxs saxlanılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İraq

Digər Xəbərlər