Rusiyalı jurnalist Sergey Minqazov 57 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə onun vəkili Konstantin Bubon RBC-yə məlumat verib. Vəkilin sözlərinə görə, jurnalist xəstəlik səbəbindən dünyasını dəyişib.
Minqazovun bir müddət çalışdığı Forbes nəşri isə bildirib ki, o, son aylarda xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Qeyd edək ki, 2024-cü ilin yazında Sergey Minqazov Xabarovskda saxlanılmışdı. Ona qarşı Rusiya ordusu barədə 2022-ci ildə dərc olunmuş materialla əlaqədar "siyasi nifrət motivi ilə qəsdən yalan məlumat yaymaq" maddəsi üzrə cinayət işi açılmışdı.
2025-ci ilin fevralında məhkəmə jurnalisti təqsirli bilərək ona iri məbləğdə cərimə cəzası təyin etmişdi.