İran və ABŞ arasında rabitə kanalı yaradılacaq
Dünən İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumunun icrasına nəzarət edəcək monitorinq qrupu üçün əməliyyat rabitə kanalının yaradılacağını açıqlayıb.
Ajans.az xəbər verir ki, Qəribabadi bu barədə Dohada İran, Qətər və Pakistan nümayəndələri arasında keçirilən görüşlərin nəticələrini şərh edərkən danışıb. Onun sözlərinə görə, razılaşmanın icrasında mövcud çatışmazlıqların rəsmi şəkildə çatdırılması, müzakirə olunması və müvafiq qərarların qəbul edilməsi məqsədilə iyulun 2-də monitorinq qrupu üçün əməliyyat kommunikasiya kanalının yaradılması barədə razılıq əldə olunub. O qeyd edib ki, İran Mərkəzi Bankının nümayəndələrinin iştirakı ilə Qətər rəsmiləri ilə keçirilən görüşlərdə ilkin 6 milyard dollarlıq vəsaitin bir hissəsinin istifadəsi ilə bağlı bir sıra məsələlər nəzərdən keçirilib.