Reklam resmi
Reklam resmi

Tenderdən sonra tikinti müqavilələlərinə MÜDAXİLƏ EDİLİR

Tenderdən sonra tikinti müqavilələlərinə MÜDAXİLƏ EDİLİR
İqtisadiyyat
664

Azərbaycanda dövlət satınalmaları üzrə tikinti müqavilələrinin 40 faizindən çoxunda icra mərhələsində dəyişikliklər edilib.

Ajans.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Hesablama Palatasının dövlət satınalmaları üzrə apardığı təhlilin ilkin nəticələri bir sıra diqqətçəkən məqamları üzə çıxarıb.

Vüqar Gülməmmədov bildirib ki, dövlət satınalmalarına dair tikinti müqavilələrinin 40 faizindən çoxunda icra müddətində dəyişikliklər aparılır və bu dəyişikliklər tender şərtlərinə uyğun deyil, həmçinin satınalan tərəfin maraqlarına xidmət etmir.

Hesablama Palatasının sədri əlavə edib ki, aparılan təhlillər hələ yekunlaşmayıb və əldə olunan nəticələr ilkin xarakter daşıyır.

O, həmçinin qeyd edib ki, 2023–2025-ci illəri əhatə edən müqayisəli təhlilə əsasən, 2025-ci ildə dövlət satınalmalarının sayı 2023-cü illə müqayisədə təxminən 52 faiz, ümumi məbləği isə 43 faiz artıb.

V.Gülməmmədovun sözlərinə görə, ötən il olduğu kimi, 2025-ci ildə də məbləğ baxımından bir mənbədən satınalma üsulu üstünlük təşkil edib. Bundan başqa, elektron açıq tenderlər nəticəsində formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanmış satınalma müqavilələrinin qiymətindən yüksək olması da müşahidə edilib.

Mələksəda Ziyad

Digər Xəbərlər