Reklam resmi
Reklam resmi

Azərbaycanın ASAN xidmət modeli Esvatinidə tətbiq olunacaq

Azərbaycanın ASAN xidmət modeli Esvatinidə tətbiq olunacaq
Dünya

Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsindəki qabaqcıl təcrübəsi və "ASAN xidmət" mexanizmi Esvatini Krallığında tətbiq olunacaq.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, bu il mayın 19-da Bakı şəhərində imzalanmış ikitərəfli sənəd rəsmən təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının tam icrasını təmin etməlidir.
Sənədlə həmçinin Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Esvatini Krallığı Hökumətinə rəsmi bildiriş göndərmək tapşırılıb.
Mövzular:
ASAN xidmət Esvatin model

Digər Xəbərlər