Bu ölkədə zavodda GÜCLÜ PARTLAYIŞ: Təhlükəli maddə SIZDI
Hollandiyada fəaliyyət göstərən zavodlardan birində təhlükəli maddənin sızması nəticəsində 14 nəfər, o cümlədən bir yanğınsöndürən xəsarət alıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki,insidentə akkumulyatoru tam boşalmış forklift səbəb olub. Bildirilir ki, akkumulyatorun həddindən artıq qızması nəticəsində təhlükəli maddə sızması baş verib.
Hadisədən sonra təhlükəsizlik məqsədilə zavodun bütün əməkdaşları təxliyə edilib.
Hazırda xəsarət alanların vəziyyəti və sızan maddənin tərkibi dəqiqləşdirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Mövzular: