Yeni Zelandiya Ukraynaya əlavə humanitar yardım ayıracaq
Yeni Zelandiya Ukraynaya humanitar ehtiyacların qarşılanması üçün əlavə 3 milyon dollar yardım ayıracaq.
Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiha X sosial media platformasında paylaşım edib.
"Ukraynanın humanitar ehtiyacları üçün əlavə 3 milyon dollar ayırdıqlarını elan etdikləri üçün Yeni Zelandiyaya və həmkarım Uinston Petersə minnətdaram. Rusiya mülki əhaliyə və həyati əhəmiyyət daşıyan infrastruktura qarşı qəddar hücumlarını davam etdirərkən, xalqımızın dözümlülüyünə verdikləri bu dəstəyi yüksək qiymətləndiririk. Ukrayna və Ukrayna xalqı ilə nümayiş etdirdiyi prinsipial həmrəyliyə görə Yeni Zelandiyaya dərin minnətdarlığımızı bildiririk", – deyə Sibiha qeyd edib.
Mövzular: