ABŞ-də yaşlı qadın Tesla ilə kafeyə ÇIRPILDI: ÖLƏN VAR
ABŞ-nin Kaliforniya ştatının Simi Vadisi şəhərində yaşlı qadının idarə etdiyi Tesla Model X markalı elektromobil kafeyə çırpılıb. Nəticədə bir nəfər həlak olub, daha beş nəfər yaralanıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil səkiyə çıxaraq Urbane Cafe restoranının açıq hava terrasına daxil olub.
Hadisə nəticəsində avtomobilin altında qalan bir qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha beş nəfər yüngül xəsarət alıb.
Avtomobili idarə edən yaşlı qadın da qolundan yüngül xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir. Hazırda hadisənin bütün təfərrüatları polis tərəfindən araşdırılır.
Mövzular: