Bu ölkədə GÜCLÜ PARTLAYIŞ: Qadın ayaqlarını İTİRDİ
Monakoda baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti ilə bağlı yeni təfərrüatlar məlum olub.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, partlayış zamanı ağır xəsarət alan qadının ayaqları ciddi zədələnib. O, təcili olaraq xəstəxanaya çatdırılıb və həkimlər hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıblar.
Hadisə nəticəsində yaralanan şəxsiyyəti açıqlanmayan gənc oğlan da xəstəxanaya yerləşdirilib. Bildirilir ki, partlayışın təsirindən o, arxası üstə yıxılıb, yanıq və qəlpə xəsarətləri alıb.
Mövzular: