ABŞ-də sərnişin təyyarəsi dronla TOQQUŞUB
ABŞ-ın Nyu-York şəhəri üzərində JetBlue aviaşirkətinə məxsus sərnişin təyyarəsi dronla toqquşub.
Ajans.az Sky News-a istinadən xəbər verir ki, hadisə iyunun 29-da səhər saatlarında baş verib. Təyyarə Con F. Kennedi Beynəlxalq Hava Limanına enişə hazırlaşarkən dron pilot kabinəsi hissəsinə dəyib.
Bundan sonra pilotlar dərhal hava hərəkətinin idarəetmə xidməti ilə əlaqə saxlayıblar. Təyyarə təhlükəsiz şəkildə hava limanına eniş edib.
JetBlue aviaşirkəti insident nəticəsində təyyarəyə ciddi ziyan dəymədiyini açıqlayıb.
Hazırda hadisənin başvermə səbəbləri ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən araşdırılır.
Mövzular: