Reklam resmi
Reklam resmi

Korrupsiya barədə məlumat verənlərin hüquqi müdafiəsi gücləndirilir-QANUN

Korrupsiya barədə məlumat verənlərin hüquqi müdafiəsi gücləndirilir-QANUN
Cəmiyyət

Azərbaycanda korrupsiya halları barədə məlumat verən şəxslərin dövlət orqanlarında, bələdiyyələrdə və özəl sektorda hüquqi müdafiəsi gücləndirilir, həmçinin onlara qarşı mümkün intizam tədbirləri və qisas halları ilə bağlı sübut etmə öhdəliyi işəgötürənlərin üzərinə qoyulur.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Milli Məclis tərəfindən qəbul olunan dəyişikliklərlə Əmək Məcəlləsinə, habelə dövlət və bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanunlara mühüm sosial-hüquqi əlavələr edilib.
Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat vermiş işçi attestasiyadan keçirildikdə, qanunla nəzərdə tutulmuş xüsusi səlahiyyətli struktur bölmə və ya şəxs həmin attestasiyanın keçirilməsində birbaşa və ya dolayı yolla iştirak edə bilməz. Bununla yanaşı, korrupsiya barədə məlumat verən şəxs ona qisas almaq məqsədilə intizam tədbirlərinin tətbiq olunduğunu idarə edib dəlillər irəli sürərsə, həmin dəlillərin əsassız olduğunu və təkzib edilməsini sübut etmək öhdəliyi birbaşa işəgötürənin üzərinə düşəcək.
Qanunla həmçinin dövlət və bələdiyyə qulluqçularının etik davranış qaydalarında vəzifəli şəxslərə məruzə mexanizmi dəyişdirilib. Yeni qaydalara görə, qulluqçular korrupsiya hüquqpozmaları, qanunsuz bəxşiş və imtiyaz təklifləri, habelə maraqlar toqquşması barədə məlumatları əvvəlki kimi öz birbaşa və ya yuxarı rəhbərinə deyil, birbaşa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş xüsusi səlahiyyətli struktur bölməyə və ya məsul şəxsə çatdıracaqlar.
Mövzular:
Prezident Qanun

Digər Xəbərlər