Göyçayda yaşlı kişinin meyiti sudan ÇIXARILDI
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, sonuncu verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mövzular: