Reklam resmi
Reklam resmi

Maşın su kanalına aşdı, AXTARIŞ DAVAM EDİR

Maşın su kanalına aşdı, AXTARIŞ DAVAM EDİR
Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mövzular:
Maşın sürücü axtarış FHN

Digər Xəbərlər