Nasuh Mahruki azadlığa buraxıldı

Nasuh Mahruki azadlığa
Nasuh Mahruki
Dünya 07-12-2024 - 09:57

“İctimaiyyəti çaşdıran məlumat yaydığı” üçün həbs edilən keçmiş AKUT prezidenti Nasuh Mahruki azadlığa çıxdıqdan sonra sosial media hesabında ailəsi ilə çəkdirdiyi fotosunu “Birləşdik” qeydi ilə paylaşıb.

Ajans.az xəbər verir ki, Mahruki paylaşımında “Türk millətinin vicdanına, sağlam düşüncəsinə, yüksək əxlaqına və ədalətinə, insaflı hüquq sahiblərinin varlığına inam və güvənimizi bir an da olsa itirməmişik” ifadələrini işlədib. 

Nasuh Mahruki ona dəstək olanlara təşəkkür edərək, “Bizimlə olan, bizi yanımızda hiss etdirən, bizə hər cür dəstək olan, verməyə çalışan, hər kəsə sonsuz təşəkkürümüzü bildiririk. bizi qoruyur, hamınızı çox sevirik və sizinlə fəxr edirik”, - deyə, bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: