Marsda həyat üçün potensial yer TAPILDI

Marsda həyat üçün potensial yer TAPILDI
Mars
Dünya 22-10-2024 - 21:24

NASA mütəxəssisləri Marsda bakteriyaların potensial olaraq yaşaya biləcəyi ərazilər tapıblar.

Ajans.az xəbər verir ki, tədqiqat "Nature Communications Earth & Environment" jurnalında dərc olunub.

Alimlər planetin ərazilərini təhlil edərək bəzilərində donmuş su tapıblar. Mütəxəssislər hesab edirlər ki, buz qabığından keçən günəş işığının miqdarı dəyaz ərimiş su hovuzlarında fotosintez üçün kifayət edə bilər.

Müqayisə üçün qeyd edək ki, Yer kürəsində oxşar ərazilərdə adətən yosunlar, göbələklər və mikroskopik siyanobakteriyalar yaşayır.

PAYLAŞ: