Malatyada zəlzələ anı canlı efirdə - VİDEO

Malatyada zəlzələ anı canlı efirdə -
Dünya 16-10-2024 - 12:52
Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya vilayətində 5,9  maqnitudalı zəlzələ qeydə alınıb. 

Ajans.az xəbər verir ki, hadisə anı canlı efir zamanı müşahidə edilib. Aparıcı təmkinlə zəlzələnin başa çatmasını gözləyib və daha sonra yayımına davam edib.

Türkiyə mediasında yer alan xəbərlərə görə, zəlzələ anında panikaya düşən vətəndaşlar evlərindən və iş yerlərindən küçələrə axışıblar. Zəlzələnin dağıntılara səbəb olub-olmadığını hələlik müəyyən edilməyib. 

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.