Lukaşenko onları əfv ETDİ
Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətmiş 23 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Ajans.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
Əfv olunanlar arasında 20 kişi və üç qadın var. Onların hamısı əfv üçün vəsatətlər yazıb, günahlarını tam etiraf edib və törətdikləri cinayətlərdən peşman olublar.
Əfv olunanlardan 13-nün yaşı 50-dən yuxarı, 14-nün xroniki xəstəliyi olan, 12-nin isə uşaq sahibi olduğu dəqiqləşir. Onların arasında bir çox uşaqlı ata da var.
2024-cü ilin dekabrında Belarus prezidenti ekstremist cinayətlər törətmiş 20 vətəndaşı əfv edib. Onların arasında 11 qadın da olub.