Kadırovun oğlu çeçen döyüşçülərə MÜRACİƏT ETDİ

Kadırovun oğlu çeçen döyüşçülərə
Dünya 08-10-2024 - 19:55

Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu, ölkənin idman naziri Axmat Kadırov yerli döyüşçüləri pop MMA-nı tərk etməyə çağırıb.

Ajans.az xəbər verir ki, O, müraciəti öz Telegram kanalında yayıb.

"Sizin rinqdə və rinqdən kənarda fəaliyyətləriniz və davranışlarınız dərin narahatlıq yaradır və xalqımızın şərəfini və bizim inandığımız inancı gözdən salır", - Kadırov qeydedib.

O, bildirib ki, pop MMA döyüşçülərinin ədəbsiz danışığı və ədəbsiz davranışları nəinki onları aşağılayır, həm də bütün çeçen xalqını və bütövlükdə müsəlman icmasını rüsvay edir.

PAYLAŞ: