Japarov vəzifəsindən azad EDİLDİ
Qırğızıstan Prezidenti Sadır Japarov Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarovun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Ajans.az xəbər verir ki, bu barədə TASS dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb. İstefanın səbəbi məlum deyil.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.
“İnterfaks”ın prezident administrasiyasındakı mənbəsi qeyd edib ki, Japarovun gedişindən sonra Qırğızıstan Nazirlər Kabinetinin istefası olmayacaq. Onun sözlərinə görə, bütün nazirlər öz postlarını qoruyacaqlar.
Agentliyin həmsöhbəti əlavə edib ki, baş nazirin birinci müavini Adılbek Kasıməliyev müvəqqəti olaraq Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri və Prezident Administrasiyasının rəhbəri vəzifələrini icra edəcək.
Akılbek Japarov 2021-ci ilin oktyabrından Qırğızıstan hökumətinə rəhbərlik edir və prezident administrasiyasına rəhbərlik edirdi.
64 yaşlı Kasıməliyev 2021-2021-ci illərdə prezident administrasiyası rəhbərinin müavini, 2022-ci ildə isə Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində çalışıb.