İsrailin Hizbullaha qarşı əməliyyatının təfərrüatları MƏLUM OLDU

İsrailin Hizbullaha qarşı əməliyyatının təfərrüatları
Dünya 06-10-2024 - 09:26

Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi peycerlər İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən xüsusi üsulla hazırlanıb və proqramlaşdırılıb. 

Ajans.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) yazıb.

Nəşrin aydınlaşdırdığı kimi, şifrələnmiş mesajı oxumaq üçün düymələri iki əllə eyni anda basmaq lazım idi. Belə ki, bu zaman qurğunun içindəki partlayıcılar işə düşürdü.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda bir sıra peycer partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan etmişdi. İran hərbçiləri də bütün texniki cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyata başlayıb.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: