İsraildə silah-sursat qıtlığı var - EKSPERT
İsrail İran və müttəfiqlərinin mümkün hücumlarından müdafiə olunmaq üçün hava hücumundan müdafiə (AD) raketlərinin çatışmazlığı ilə üzləşir.
Ajans.az xəbər verir ki, bu barədə “Financial Times” istinadən məlumat yayıb. Yaxın Şərq üzrə ixtisaslaşmış keçmiş ABŞ hərbi rəsmisi Dana Stroul İsrailin sursat probleminin ciddi olduğunu bildirib. Stroul qeyd edib ki, İran və Livanın şiə Hizbullah hərəkatının yeni raket hücumu halında İsrailin hava hücumundan müdafiə sistemi “uzadılacaq”. O, ABŞ-nin Ukrayna və İsrailə tədarükünü eyni sürətlə davam etdirə bilməyəcəyini vurğulayıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis deyib ki, İranla hərbi qarşıdurmada İsrail hava hücumundan müdafiə sistemləri ilə bağlı problemlərə görə böyük zərər çəkə bilər.