İsrail əsgərlərindən ŞOK ETİRAF: Uşaqlar da terroristdir...

İsrail əsgərlərindən ŞOK ETİRAF:
İsrail
Dünya 19-12-2024 - 11:42

Qəzza zolağını iki yerə bölən Netzarim dəhlizində İsrail əsgərlərindən qan donduran bir etiraf gəlib.

Ajans.az xəbər verir ki, bölgədə mülki ayrı-seçkilikdən asılı olmayaraq hər kəsin hədəf alındığı və ölən hər bir fələstinlinin, hətta uşaq da olsa, “terrorçu” kimi qeydə alındığı bildirilib. 

İsrail ordusunun 252-ci diviziyasının komandiri yaradılan “ölüm zonası” haqqında belə deyib:

“Sahədəki qüvvələr buranı “bədən xətti” adlandırırlar. Toqquşmalardan sonra cəsədlər toplanmır ki, bu da onları yeməyə gələn it dəstələrini cəlb edir. Qəzzada insanlar bilirlər ki, bu itləri görən yerlərə yaxınlaşmaq olmaz. “Ölüm zonası”na girən hər kəs güllələnir”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: