İnterpolun "Ən çox axtarılanlar" siyahısında olan şəxs YAXALANDI

İnterpolun "Ən çox axtarılanlar" siyahısında olan şəxs
Həbs
Kriminal 15-03-2025 - 11:52

Moskva məhkəməsi bir sıra ağır cinayətlərə görə İnterpol tərəfindən axtarışda olan Rumıniya vətəndaşı Vasile Rodidealı həbs edib.

Ajans.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərində deyilir.

Rodideal Rumıniya istintaqından gizlənirdi və beynəlxalq axtarışa verilmişdi. Fevralın sonunda Moskva məhkəməsi onu Rumıniyaya ekstradisiya üçün həbs edib. Ekstradisiya məsələsinin həlli üçün tələb olunan sənədlər Rusiya Federasiyasının Baş Prokurorluğuna göndəriləcək. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları artıq rumıniyalı həmkarlarından təqsirləndirilən şəxslərin ekstradisiyasını tələb etmək niyyətlərinin təsdiqini alıblar.

Rodideal və vəkili həbsə etiraz edərək ev dustaqlığı kimi həbs qətimkan tədbirinin seçilməsini təklif etsə də, məhkəmə onların vəsatətini rədd edib.

Rumıniya polisinin məlumatına görə, Rodideal mütəşəkkil cinayətkar qrup yaratmaq, qanunsuz silah-sursat saxlamaq, adam öldürməyə təhrik etmək və digər cinayətlərə görə 12,5 il müddətinə azadlıqdan məhrum edilib. Rumıniya mediası 2005-ci ildə onun biznes partnyorunu partlayıcı ilə öldürməyi planlaşdırdığını, lakin bu planın polis tərəfindən iflasa uğradığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: