Ayrılmaq istədiyi üçün qıza səhərə qədər işgəncə etdi - FOTO
Konyada 19 yaşlı S.A 2 il əvvəl dostluq çevrəsində tanış olduğu və eşq yaşadığı Hüseyn S.-yə ayrılmaq istədiyini söylədikdə kabus yaşayıb.
Ajans.az xəbər verir ki, gənc oğlan münasibətlərinə son qoymaq istəyən universitet tələbəsi S.Ə.-ni “sənə sürprizim var” sözləri ilə razı salıb və apardığı evdə onu döyüb. Səhərə qədər işgəncələrə məruz qaldıqdan sonra onu yataqxananın qarşısına qoyub qaçıb. Nəzarətə alınan və ittihamları rədd edən Hüseyn S. məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
İddiaya görə, Hüseyn S. gənc qızı maşında huşunu itirənə qədər döyüb, sonra evə aparıb və orada döyməyə davam edib.
“Mobil telefonumu və pul kisəmi də götürdü. Mən qaçmağa çalışdım, amma o, məni tutub döyməyə davam etdi. “Müəllimlər gününüz mübarək”, “Ən gözəl müəllimlər gününü mənimlə keçirəcəksən”, “Heç kim mənə heç nə edə bilməz”, “Bu günü unutmayacaqsan” sözlərini “zarafatca” dedi. Düşündüm ki, o, məni öldürəcək. Səhərə qədər davam edən işgəncələrdən sonra məni yataqxananın qarşısına qoydu, “Şikayət edə bilməzsən. Heç kim mənə heç nə edə bilməz. Polislərə deyəcəm ki, əlcək qutusunda 35 min TL pul var idi, onu oğurladı, mən də döydüm” dedi. Dəhşət içindəyəm”, - deyə, zərərçəkmiş bildirib.