“Yazılanlar boş-boş söhbətlərdir”- Fuad Ələsgərov

“Yazılanlar boş-boş söhbətlərdir”-
Cəmiyyət 15-03-2025 - 19:09
 458

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.


Ajans.az xəbər verir ki, Manşet.az yayılan bu xəbərlə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

O, Manşet.az-a eksklüziv açıqlamasında yayılan xəbərləri təkzib edib:
“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” - deyə açıqlamasında Fuad Ələsgərov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

PAYLAŞ: