Əvvəlcə həyat yoldaşını güllələdi, heçnə olmamış kimi POLİSƏ YIĞDI - DETALLAR

Əvvəlcə həyat yoldaşını güllələdi, heçnə olmamış kimi
Kriminal 11-10-2024 - 17:08
 74

Əsənlərdə Adəm Müslü adlı şəxs mübahisə etdiyi həyat yoldaşı Gülər ​​Müslünü güllələyib.

Ajans.az xəbər verir ki, həyat yoldaşı can verərkən Adəm Müslü polisə zəng edərək özü xəbər verib. O 112-yə yoldaşını səhvən vurduğunu bildirib. Hadisədən sonra cütlüyün övladları əsəb krizi keçirib. Sinir böhranı keçirən uşaqları qonşular sakitləşdirməyə çalışıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları qanlar içində yerdə yatan qadının öldüyünü təyin edərkən, polis qrupları əri yaxalayıb. Gülər ​​Müslünün cansız bədəni yarılma üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Qruplar hadisə ilə bağlı işlərini davam etdirir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: