Anasının başını kəsib balkondan aşağı atdı: Görün ona nə cəza verildi? - VİDEO

Anasının başını kəsib balkondan aşağı atdı: Görün ona nə cəza verildi? -
Məhkəmə
Kriminal 06-11-2024 - 18:51
 66

İstanbul, Bağcılarda anasını öldürdükdən sonra başını kəsərək küçəyə atan Ali Sayana ömürlük həbs cəzası verilib.

Ajans.az xəbər verir ki, iclasda son sözü istənən təqsirləndirilən şəxs “hadisəni qəsdən etməmişəm” ifadələrini işlədib.

Bağcılarda 25 sentyabr2022-ci ildə baş verən hadisədə Əli Sayan (28) anası Həvva Sayanı (58) 13 bıçaq zərbəsi ilə öldürüb. Sayan daha sonra anasının əllərini, ayaqlarını və başını kəsib. Sayan anasının başını ətrafdakılara göstərdikdən sonra eyvandan atıb. Həbsdə olan Əli Sayanın mühakimə olunduğu iş üzrə hökm elan olunub. Bakırköy 2-ci Ağır Cəza Məhkəməsində keçirilən onun vəkili iştirak edib. Təqsirləndirilən şəxs iclasa Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə qoşulub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: