Dəhşətli HADİSƏ: İki şəxs 15 yaşlı qıza hücum etdi, sonra da...
Kiyevdə dəhşətli hadisə baş verib.
Ajans.az xəbər verir ki, iki residivist 15 yaşlı qızı zorlayıb və qarət edib, "İphone 12" modelli telefonunu oğurlayıblar.
Hadisəni törədənlərdən birinin oğurluğa görə 5 məhkumluğu var, onun ortağı isə quldurluq və sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib. Bu barədə Kiyev Prokurorluğu məlumat yayıb.
Şübhəlilər zaminə buraxılmadan saxlanılır. Bir qrup şəxs tərəfindən törədilən zorlama və quldurluq ittihamı məhkəməyə göndərilib.