Bunkerə həbs edildi, günlərlə ... - İkinci Fritzl qurbanından AÇIQLAMALAR
“İsveçli Cosef Fritzl” ləqəbli şəxs tərəfindən qaçırılan, məcburi şəkildə narkotik maddə qəbul edən və altı gün bunkerdə kilidlənən qadın yaşadıqlarından danışıb.
Ajans.az xəbər verir ki, cinayət tərzləri eyni olduğu üçün cinayətkara bu ləqəb verilib. “İsveçli Fritzl" ləqəbli həkim Martin Trenneborq İzabeli qaçırıb bunkerə bağladığına görə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
İzabel Erikksona (şərti ad – red) 2015-ci ildə içində “Rohypnol” adlı narkotik olan çiyələk verilib. Hadisəni törədən Dr. Martin Trenneborq qızın huşunu itirməsini gözləyib. Daha sonra da onu Stokholmdakı mənzilindən xeyli aralıda olan ucqar bir fermaya aparıb.
O, İzabeli seks köləsi etməyə çalışıb. 2016-cı ildə məhkəmədə danışan qız bildirib ki, Trenneborq olduqca soyuqqanlı bir ifadə ilə qıza fermanın qapısını heç vaxt aça bilməyəciyini söyləyib. Hətta o qızdan bunkerdə dəyişiklər etməsini istəyib-istəməyidiyini soruşub, çünki illərlə orada “yaşayacaq”.
İzabeli apardığı bunker kamera ilə nəzarət olunub və səsin çölə ötürülməməsi üçün ciddi izolyasiya edilib.
Qızın başına gələnlər “Bunker” adlı mini sənədli serialda əks olunub. Qızın qurtuluşu isə Trenneborqun panikaya düşməsindən sonra gerçəkləşib. Belə ki, İzabel axtarışa verilib və bütün mətbuat bundan danışıb. O, özü polisə gedərək ifadə verib ki, qız onunladır və güvəndədir. İzabelə də məcbur edib ki, güvəndə olduğunu bildirsin. Lakin hüquq-mühafizə orqanları inanmayıb və İzabel də daha sonra hər şeyi deyib. Beləliklə, o qurtulub.
Cinayətkarın Cosef Fritzlə bənzədilməsinin səbəbi isə odur ki, o da öz dogma qızını 21 il evinin zirzəmisində saxlayıb və ona illərlə təcavüz edib. Fritzl dünyanın ən məşhur seriyalı pedofillərindən biridir.