Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub
Hadisə 15-03-2025 - 22:04

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub.

Ajans.az APA-ya istinadən xəbərə verir ki, Sabirabad rayon sakini 2022- ci il təvəllüdlü A.Səmədzadə(qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub. İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Fakt araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: