Uşaqların gözü qarşısında qardaşını GÜLLƏLƏDİ: Dəhşətli QƏTL

Karabükdə Əfqanıstan vətəndaşı qardaşının yoldaşını və qardaşını uşaqların gözü qarşısında güllələyib.
Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Hadisədən sonra qaçan şübhəli Əskipazar rayonunda ictimai asayiş qrupları tərəfindən cinayət başında yaxalanıb.
Əldə edilən məlumata görə, hadisə Yeşil Mahalle Kavşak küçəsində yerləşən 5 mərtəbəli Şirin Mənzilinin sonuncu mərtəbəsində baş verib.
Eyni evdə yaşayan 29 yaşlı Norooz Ahmedi naməlum səbəbdən qardaşı Qurban Əli Əhmədi və arvadı Leeqa Azemi başından güllələyib. Qonşuların evdən atəş səsləri gəldiyini bildirməsi üzərinə hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib.
Müayinədən sonra Qurban Əli və Leeqanın hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib.