"Qanlı Ay" Göy üzündə möhtəşəm şou yaradıb- FOTOLAR

"Qanlı Ay" Göy üzündə möhtəşəm şou yaradıb-
Maraqlı 15-03-2025 - 18:29

13-14 mart tarixlərində göy üzünün nadir hadisələrindən biri olan “Qanlı Ay tutulması” müşahidə olunub.

Ajans.az xəbər verir ki, bu dəfəki tutulma 2022-ci ildən bəri baş verən birinci tam tutulmadır.

Qeyri-adi hadisə 6 saatdan çox, tam tutulma isə 65 dəqiqə davam edib.

“Qanlı Ay tutulması”nın ən aydın görüntüsü Şimali və Cənubi Amerikada müşahidə edilib.

Eyni zamanda, Avropa, Asiya və Afrika qitələrindən də müəyyən zaman aralığında “Qanlı Ay”ı görmək mümkün olub.

“Qanlı Ay tutulması”nın ən möhtəşəm görüntülərini təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: