Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək Azərbaycanda 10 min 108 İİV (İnsanın immunçatışmazlığı virusu) xəstəsi rəsmi qeydiyyata alınıb.
Ajans.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
"Azərbaycanda digər region ölkələri ilə müqayisədə İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır", - mərkəzin direktoru qeyd edib.