Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Cəmiyyət
09-11-2024 - 09:58
Hazırda Bakıda və Abşeron yarımadasında, Lənkəran, Astara, Şamaxı, Qobustan, Hacıqabul, Neftçalada arabir yağış yağır.
Bu barədə Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yağıntılı hava şəraitinin noyabrın 10-dək fasilələrlə davam edəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 12°, Aran rayonlarında 14 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3° şaxtadan 2°-dək istidir.
Oxşar xəbərlər
Audiovizual Şura ümumölkə televiziya yayımçılarının proqramlarının janr böl... AÇIQLAYIB
Cəmiyyət18:48 / 21-04-25