HƏMAS amerikalı girovları azad edir

HƏMAS amerikalı girovları
HƏMAS
Dünya 14-03-2025 - 16:03

Fələstinin HƏMAS hərəkatı ABŞ vətəndaşlığı olan bir israilli girovu azad etməyə və ölən 4 əsir cəsədini təhvil verməyə razılaşıb.

Ajans.az xəbər verir ki, bu barədə Fələstin hərəkatı bəyanat yayıb. 

Qeyd olunur ki, HƏMAS vasitəçilərin danışıqları bərpa etmək təklifini müsbət qiymətləndirib və ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandrın azad edilməsinə, eləcə də ölən 4 ikili vətəndaşın cəsədinin təhvil verilməsinə razılıq verib.

Hərəkat həmçinin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar aparmağa hazır olduğunu bildirib.

PAYLAŞ: