Heç vaxt soyuducuda saxlamamalı olduğunuz 2 qida: Zəhərli olur...

Heç vaxt soyuducuda saxlamamalı olduğunuz 2 qida:
Soyuducu
Sağlamlıq 23-12-2024 - 16:56

Yeməyi bitirə bilməyəndə, onu soyuducuya qoymaq və ertəsi gün yemək tez və asan həll yolu ola bilər.

Soyuducu qidaları soyuq saxlamaqla sağlam şəkildə mühafizə edir. Ancaq bəzi hallarda əksinə səbəb ola bilər. Mütəxəssislər insanların heç vaxt soyuducuya qoymaması lazım olan qidalar barədə xəbərdarlıq edir, çünki bu qidalar zəhərli ola bilər.

Ajans.az sözügedən qidaları təqdim edir.

Bir çox insanın mətbəxində olan soğanı soyuducuya qoymaq olmaz.

“Soğanı soyuducuda saxlamaq, həddindən artıq nəmlik səbəbindən kif böyüməsinə və selikli teksturaya səbəb ola bilər, korlanmış soğan isə istehlak edildikdə qida yoluxucu xəstəliklərə səbəb ola bilər”, - deyə qida mütəxəssisləri yazır.

Bananı da soyuducuda saxlamaq olmaz. Baxmayaraq ki, çox insan bunu edir, lakin zərərli ola bilər. Soyuq temperaturlar yetişmə prosesini pozur, bananların qəhvəyi rəngə çevrilməsinə və yumşalmasına səbəb olur.

Yeməkləri soyuducuda saxlayarkən son istifadə tarixlərinə də diqqət yetirməlisiniz.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: