Hava kəskin DƏYİŞİR: -14 dərəcə şaxta olacaq

Hava kəskin DƏYİŞİR:
Şaxta
Dünya 20-11-2024 - 11:12

Tezliklə Rusiyanın Tver bölgəsi cənub siklonunun arxa hissəsinə düşəcək və bu, bölgəni şiddətli şaxtaların vurmasına səbəb olacaq.

Ajans.az xəbər verir ki, bu barədə Meteo proqnozlar mərkəzinin rəhbəri Aleksandr Şuvalov bildirib.

Sinoptikin məlumatına görə, cümə axşamı güclü külək və soyuğun 10 dərəcə artması gözlənilir. Yağış olacaq, sulu qar yağacaq. Cümə günü isə bir az mənfi olacaq.

“Tula, Tver, Ryazanda və bəzi yerlərdə -14-ə qədər şaxta olacaq. Bundan sonraki həftə sonu isə qar yağacaq, bəzi yerlərdə qar uçqunlarının hündürlüyü 10 sm-ə çatacaq”, - Şuvalov qeyd edib.

Proqnozlar, əlbəttə ki, ilkindir, hər şey siklonun Rusiya ərazisi üzərində yerdəyişməsindən asılıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: