Hamının “şirin” hesab etdiyi ev heyvanı sahibini ÖLDÜRDÜ
İki uşaq anası ev heyvanı hamsteri tərəfindən dişlənərək ölüb.
Ajans.az xəbər verir ki, hadisə Kolumbiyada baş verib. Belə ki, 38 yaşlı adı açıqlanmayan qadını hamster dişləyib. O, dərhal özünü pis hiss etməyə başlayıb. Qadın 17 və 11 yaşlı iki uşağı ilə evinin yaxınlığındakı sağlamlıq mərkəzinə yollanıb. Elə oradaca yıxılıb. Bir qədər sonra isə dünyasını dəyişib.
Daha ətraflı araşdırma davam edəcək. Qadının meyiti yarılacaq və ölüm səbəblərinə baxılacaq.