Hakerlər ABŞ Konqresinin yazışmalarını ələ keçirdi
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar.
Ajans.az bu barədə "Fox News"ə istinadən məlumat yayır.
Qeyd olunur ki, hakerlər Konqreslə kitabxana işçiləri arasında yanvar-sentyabr aylarında apardıqları yazışmalara giriş əldə ediblər. Konqres Kitabxanası artıq elektron sistemdə haker hücumu üçün istifadə edilən boşluqları aradan qaldırıb. Nümayəndələr Palatasının və Senatın işçiləri də hack barədə məlumatlandırılıblar.
Kitabxana hadisə ilə bağlı polisə müraciət edib. Məlumat sızmasının miqyasının Federal Təhqiqat Bürosu (FTB) tərəfindən öyrəniləcəyi də qeyd edilir.