Gümrü şəhərinin keçmiş merinin müavinləri SAXLANILDI
Gümrünün keçmiş merinin oğluna qarşı açılan cinayət işi çərçivəsində yeni məhbuslar var.
Ajans.az-ın "NEWS.am"a istinadən məlumatına görə, saxlanılanlar arasında Gümrü merinin hazırkı müavini Suren Canoyan və Samvel Balasanyanın dövründə Gümrü şəhərinin meri işləmiş Ruben Sanosyan da var.
Xatırladaq ki, bu yaxınlarda Gümrünün keçmiş meri Samvel Balasanyanın kiçik oğlu Xaçatur Balasanyan İrəvanın Zvartnots hava limanında saxlanılıb. Sonuncu İstintaq Komitəsi tərəfindən araşdırılan korrupsiya işi çərçivəsində həbs edilib.